понедельник, 19 мая 2014 г.

ARAŞDIRMALARIMIZ

Şagirdlər məzmun suallarını cavablandırırlar.
"İRADƏ" anlayışına yaxınmənalı sözlər nümunə göstərmək olar:Ağıl,qətiyyət,mərdlik,humanistlik,zəhmətkeşlik.Bu keyfiyyətlər insanın daxli keyfiyyətləri sayılır.İnsan daim özündə müsbət keyfiyyətlər tərbiyə etməlidir.Heç bir insan dünyaya ağıllı və ya ağılsız,tənbəl və ya zəhmətkeş gəlmir.Cəmiyyətdə insana hörmət və nüfuz gətirən müsbət keyfiyyətləri güclü iradə hesabına qazanmaq olar,
Möhkəm iradəyə sahib olan şəxslərdə agıl və qətiyyət inkişaf edir.Onlar həyatda müstəqil mövqe tutmağı bacarırlar.Ədalətli qərar vermək qabiliyyətinə malik olurlar.
İradə,dost,mərd,ağıl,qətiyyət sözlərinə leksik şəkilçilər əlavə etməklə düzəltmə sözlər yaratdıq.Məsələn:İradəli,dostluq,mərdlik,ağıllı,qətiyyətli sözlərini göstərmək olar."İradənin gücü" mətnində "müqavilə" sözünə yaxınmənalı söz kimi  razılaşma,sözləşmə kəlmələrini nümunə göstərmək olar.
Ümumiyyətlə xoş niyyətli insan dedikdə səbirli,başqalarının işinə yarayan,dostluq etməyi bacaran,qəlbində insanlara doğmalıq hissi olan insan başa düşürük.Böyüklərin məsləhətlərindən yararlanan,kimsə dara düşəndə ona əl tutan xeyirxah insan xoş niyyətli insandır.Bu həyatda kim nə edirsə,özünə edir.Ona görə də yaxşı əməl sahibi olmaq lazımdır.Atalar deyiblər:"Nə əkərsən,onu da biçərsən" "Nə tökərsən aşına,o da çıxar qaşığına"

Комментариев нет:

Отправить комментарий