понедельник, 19 мая 2014 г.

Nəticəmiz

Bizim "Əlifba necə yaranıb" fikri ilə bağlı məlumatımız var. .Finikiya tacirləri  müxtəlif şəhərlərə mal aparır,alış-veriş edirdilər.Şifahi sövdələşmələr tez-tez pozulurdu.Beləliklə, tacirlər danışıq səslərini işarə edən hərflər düşünüb yaratmalı oldular.
Çox təəssüf edirik ki,bu əlifba sonralar unuduldu.Sonralar yunan və latın əlifbası yaradıldı.
Biz 1-ci sinifdən hərflərin əlifba sırası ilə tanışıq.
İnsanın daxili keyfiyyətləri haqqında məlumat vermişdik.Əlavə edirik ki,insan həyatında həmişə qarşısındakı insana hörmət etməlidir.Bu qaçılmaz haldır ki,bəzi insanlar nə vaxtsa bir-birinin xətrinə dəyib onu incidir.Amma bunu özü də bilmir.Lakin əsl böyüklük ondadır ki,insanın üzr istəmək üçün iradəsi çatsın.Biz inanırıq ki,evdə valideynlərin,məktəbdə müəllimlərin köməyi ilə gələcəkdə cəmiyyətdə düzgün şəxsiyyət kimi formalaşacağıq.
İndi isə bizim qrupun  işlədiyi "İradə insan şəxsiyyətini formalaşdırır" mövzusundakı esse yazını təqdim edirik.
Şəxsiyyət kamil insandır.Cəmiyyət üçün nümunə olacaq insan sayılır.Şəxsiyyət həm də ziyalı insan olmalıdır.Bu insan həyatındakı bütün çətinlikləri dəf edən insandır.O, təmkinli,bacarıqlı,dünyagörmüş şəxs olmalıdır.Çünki onun hər addımı cəmiyyət tərəfindən müşahidə olunur.Onun müsbət keyfiyyətləri çox olmalıdır.Biz insanları düzgün qiymətləndirməyi bacarmalıyıq.
Deməli, insanın bir şəxsiyyət kimi formalaşması üçün ətrafdakı insanlarla  münasibətindən çox şey asılıdır.Çox zaman insan öz şəxsi mövqeyindən,subyektiv yanaşmasından düzgün istifadə etmir.Bu da onun xarakteri ilə bağlı olur.Məhz buna görə də hər birimiz öz mənfi və müsbət cəhətlərimizi bilərək başqalarına qarşı ədalətli mövqe tutmağı bacarmalıyıq.

ARAŞDIRMALARIMIZ

Şagirdlər məzmun suallarını cavablandırırlar.
"İRADƏ" anlayışına yaxınmənalı sözlər nümunə göstərmək olar:Ağıl,qətiyyət,mərdlik,humanistlik,zəhmətkeşlik.Bu keyfiyyətlər insanın daxli keyfiyyətləri sayılır.İnsan daim özündə müsbət keyfiyyətlər tərbiyə etməlidir.Heç bir insan dünyaya ağıllı və ya ağılsız,tənbəl və ya zəhmətkeş gəlmir.Cəmiyyətdə insana hörmət və nüfuz gətirən müsbət keyfiyyətləri güclü iradə hesabına qazanmaq olar,
Möhkəm iradəyə sahib olan şəxslərdə agıl və qətiyyət inkişaf edir.Onlar həyatda müstəqil mövqe tutmağı bacarırlar.Ədalətli qərar vermək qabiliyyətinə malik olurlar.
İradə,dost,mərd,ağıl,qətiyyət sözlərinə leksik şəkilçilər əlavə etməklə düzəltmə sözlər yaratdıq.Məsələn:İradəli,dostluq,mərdlik,ağıllı,qətiyyətli sözlərini göstərmək olar."İradənin gücü" mətnində "müqavilə" sözünə yaxınmənalı söz kimi  razılaşma,sözləşmə kəlmələrini nümunə göstərmək olar.
Ümumiyyətlə xoş niyyətli insan dedikdə səbirli,başqalarının işinə yarayan,dostluq etməyi bacaran,qəlbində insanlara doğmalıq hissi olan insan başa düşürük.Böyüklərin məsləhətlərindən yararlanan,kimsə dara düşəndə ona əl tutan xeyirxah insan xoş niyyətli insandır.Bu həyatda kim nə edirsə,özünə edir.Ona görə də yaxşı əməl sahibi olmaq lazımdır.Atalar deyiblər:"Nə əkərsən,onu da biçərsən" "Nə tökərsən aşına,o da çıxar qaşığına"

суббота, 17 мая 2014 г.

Qrup işlərinin təqdimatı

Əsl insan anlayışı dedikdə müsbət keyfiyyətlərə malik olan insan nəzərdə tutulur.Müsbət keyfiyyətlər dedikdə mərdlik,qətiyyət,ağıl,humanistlik,səbirli və iradəli olmaq nəzərdə tutulur.Başqalarını qiymətləndirmək üçün əvvəl özünü tanımalı,özünə düzgün qiymət verməyi bacarmalısan.İnsanlarla ünsiyyət prosesində  diqqətli olmalı,ədalətli olmalısan.
Mənim fikrimcə,başqalarının işinə müdaxilə etmək düzgün deyil
.Belə bir lətifə var.Molla Nəsrəddinə deyirlər:
-Molla,görürsən,aş aparırlar.
Molla deyir:
-Mənə nə?
-Axi sizə aparırlar...
-Sənə nə?

Ona görə də heç kimin işinə qarışmaq məsləhət görülmür.

Ana məktəb

Biz 26№li tam orta məktəbin 5-ci sinfində təhsil alırıq.Bu məktəb Xəzər rayonu Buzovna qəsəbəsində yerləşir.